Yıldız Tilbe səhnədən gedir

Məşhur müğənni Yıldız Tilbe səhnədən gedəcək. SİA-nın verdiyi xəbərə görə, sənətçi bu haqda müsahibələrinin birindəməluma verib. O bunu həddən artıq yorulması ilə əlaqələndirib: "Özümü bu gün heç bəyənmirəm. Səhnəni buraxmağı düşünürəm. Buna məcburam. Mənə hansı işi tövsiyyə edirsiz, nə edə bilərəm bundan sonra? Deyəsən çox yoruldum. Ən azından sınayacağam. Bəlkə səhnəsizlik yaxşı oldu. Hər şeyin xeyirlisi olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə