Emin Ağalarov solo konsert verəcək

Emin Ağalarov solo konsert verəcək

Bəstəkar-müğənni Emin Ağalarov solo konsert verəcək. SİA-nın verdiyi xəbərə görə, o, bu dəfə Sankt-Peterburqda sevənlərinin qarşısına çıxacaq. Müğənni həmin gün "Na krayu" albomunu da təqdim edəcək. Fevralın 12-də baş tutacaq konsert sevgililər gününə həsr olunub.

Qeyd edək ki, gecədə tamaşaçıları maraqlı rəqslər, akrobat qrupu, canlı orkestrin çıxışı gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə