Xəbər verdiyimiz kimi "Xalq ulduzu" yarışmasının iştirakçısı Mirkamil Kamilov İranda əməliyyat olunub. SİA-nın verdiyi xəbərə görə, ürəyində ciddi problemi olan sənətçinin əməliyyatı uğurlu keçib. Bu haqda əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva sosial şəbəkədə yazıb: "Gözümüzün suyu qurudu. Amma çox şükür ki, əməliyyat uğurla bitdi. Hər birimizin duası qəbul olundu. Hazırda Mirkamil reanimasiyadadır. Tezliklə palataya yerləşdiriləcək".
Qeyd edək ki, Aybəniz Haşımova və qızı Mirkamilin yanında olmaq üçün İrandadır.
.jpg)
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB