Türkiyənin sevilən müğənnisi Ebru Gündeş Yeni il gecəsi xoşagəlməz hadisə ilə qarşılaşıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, o, dekabrın 31-də vəkili Şeyda Yıldırım, böyük qardaşı Çingiz Qumardaşlıoğlu ilə birgə İstanbul Təhlükəsizlik Müdirliyinə çağırılıb və "sui-istifadə və rüşvət" istintaqı çərçivəsində ifadəsi alınıb.
Nəzərinizə çatdıraq ki, təxminən 2 saat ərzində orada qalan Ebrunun daha sonra böyük qardaşı sorğuya çəkilib. O, saat 23:40-da təhlükəsizlik idarəsindən buraxılıb. Gündeşin rüşvət verməkdə ittiham olunaraq həbs edilən həyat yoldaşı Rza Zərrabla telefon danışıqları haqda sorğu-suala çəkildiyi söylənilir.
Qeyd edək ki, bayram günü həbsxanaya bir çox ziyarətçilər getsə də, onlar arasında Ebru Gündəş olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB