Türkiyənin məşhur müğənnisi Ferhad Göçerin Gəncə şəhərindəki konsert proqramı baş tutub. SİA-nın məlumatına görə, Ferhad Göçerdən əvvəl səhnəyə xalq artisti Aygün Kazımova çıxıb.
Konsert zamanı Fərhad ardıcıl olaraq Azərbaycanın xalq mahnılarını səsləndirib. Hətta sənətçi "Sarı gəlin" mahnısını da ifa edərək sözügedən bəstənin Azərbaycana məxsus olduğunu xüsusilə vurğulayıb.
Nəzərinizə çatdıraq ki, 200 mindən çox insanın izlədiyi maraqlı konsert proqramının sonunda atəşfəşanlıq olub.
Ferhad Göçerin ifasında olan "Sarı gəlin" mahnısını sizlərə təqdim edirik:




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB