Artıq Yeni 2014-cü ilə qədəmlərimizi qoymuşuq. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Azərbaycanın məşhur simaları da xalqımızı təbrik etməyi unutmayıblar. Tanınmışların bayram təbriklərini SİA oxucularına təqdim edirik:
Xalq artisti Ağaxan Salmanlı: "Əziz dostlarım yeni ildə hamınızı sağ-salamat, sevinc içində, əmin-amanlıqda gördüyümə şadam. Qoy, bu 2014-cü il uğurlu, ruzili, sevincli olsun. Muradınıza çatasınız. Amin".

Xalq artisti Faiq Ağayev: "Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bütün xalqımızı təbrik edir, bu ilin hər kəsə uğur, sevinc, ruzi və rifah nəsib etməyini arzulayıram. Bayramınız mübarək".

Xalq artisti Aygün Kazımova: "Hər kəsi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti təbrik edirəm. Bayramınız mübarək".

Müğənni Nigar Camal: "Yeni il bayramınız mübarək".

Aktyor Ruslan Sabirli: "Әziz dostlarım, həmkarlarım, mənə doğma olan yaxınlarım. Hər birinizin Yeni ilini və Dünya Azərbaycanlılarının Həmrəylik Gününü təbrik edirəm. Qoy at ili hamımızı muradına çatdırsın, həyatınız hər zaman təravətli olsun".

Aparıcı İlkin Həsəni: "Əzizlərim bayramınız mübarək. Əsas odur ki, 2014-cü il hamınıza uğur gətirsin və canınız sağ olsun".

Aktyor Anar Heybətov: "Hər zaman bir və həmrəy olaq. Bayramınız mübarək".

Aktyor Nicat Rəhimov: "Artıq 2014-cü ildir. Hər kəsi Yeni il münasibəti ilə ürəkdən təbrik edirəm. Xoş günləriniz və ruzi-bərəkətiniz bol olsun".

Aktyor Elnur Kərimov: "Əziz və hörmətli dostlar. Yeni iliniz uğurlu və düşərli olsun".

Aktyor Fərda Xudaverdiyev: "Yeni ilə girənləri yox, qarşılayanları təbrik edirəm. Bayramınız mübarək".

Prodüsser Tarix Əliyev: "İnşallah 2014-cü ildə bütün arzularınıza çatasınız. Allah hər evdən sevinc, xoşbəxtlik əksik etməsin. Ürəyiniz sevgi ilə dolsun. Neçə belə illərə çıxasınız. Bayramınız mübarək".

Rəqqasə Oksana Rəsulova: "Yeni il və dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm. Yeni 2014-cü il hər birinizə uğurlu olsun".

Müğənni Zamiq Hüseynov: "Əziz dostlar bayramınız mübarək. Allah hamını ürəyincə versin. Sevin, sevilin və sevgi ilə yaşayın. Canınız sağ, ruziniz bol, pis insanlardan uzaq olun. 2014-cü il hamıya düşərli olsun. Amin. Bayramınız mübarək".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB