Roza Zərgərli və İntiqam Rüstəmov bir araya gəldi

Roza Zərgərli və İntiqam Rüstəmov bir araya gəldi

Müğənni Roza Zərgərli ilə "Ti kto takoy dovay dosvidaniya" meyxanasının müəllifi İntiqam Rüstəmovla bir araya gəlib. SİA-nın verdiyi xəbərə görə, "Möhtəşəm maşın" şousunda bir-birinə rəqib olan 2 iştirakçı "Darıxma" adlı mahnını duet ifa ediblər.

Bəstənin sözləri meyxanaçının özünə məxsusdur. Onlar iş birliklərini ekranlaşdırmağı da düşünürlər. Belə ki, yaxın müddətdə mahnıya klip də çəkdirəcəklər.

Qeyd edək ki, cütlük "Darıxma" adlı duetlərini bu axşam "Möhtəşəm maşın" şousunda tamaşaçılara təqdim edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə