Aparıcı “Möhtəşəm maşın” şounu tərk etdi FOTOLAR

Aparıcı “Möhtəşəm maşın” şounu tərk etdi FOTOLAR

"Möhtəşəm maşın" şounun bu dəfəki buraxılışında aparıcı Aydan Axundova yarışı tərk edib. SİA-nın verdiyi xəbərə görə, səhhəti pisləşən Aydan maşından əlini çəkərək mübarizəni dayandırıb. Hazırda avtomobil uğrunda iki iştirakçı – dicey Çina və klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu yarışır.

İştirakçıları dəstəkləmək üçün müğənni Xumar Qədimova, Rəqsanə və Namiq Qaraçuxurlu qonaq olaraq sevilən mahnılarını səsləndirib.

Qeyd edək ki, Rəqsanə bir neçə gün öncə ad gününü qeyd edən Murad Dadaşova "M" hərfi formasında tort hədiyyə edib.



Bütün xəbərlər Facebook səhifəmizdə