Mirkamil bu gün əməliyyat olunacaq FOTO

Mirkamil bu gün əməliyyat olunacaq FOTO

"Xalq ulduzu" yarışmasının ikincisi olan Mirkamil Kamilov İranda xəstəxanaya yerləşdirilib. SİA-nın məlumatına görə, ürəyində ciddi problemi olan sənətçinin dünən əməliyyat ediləcəyi deyilmişdi. Amma müəyyən səbəblərdən əməliyyat təxirə salınıb.

Bu haqda əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva sosial şəbəkədə yazıb: "Mirkamilin əməliyyatı sabaha qaldı. İnşallah, yaxşı olacaq. Dualarınızı əksik etməyin. Sizlərə Mirkamildən salamlar".

Qeyd edək ki, Aybəniz Haşımova və qızı Aynişan Mirkamilin yanında olmaq üçün İrana yollanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə