“Receb İvedik 4”ün çəkilişləri yekunlaşdı

“Receb İvedik 4”ün çəkilişləri yekunlaşdı

Məşhur "Recep İvedik" filminin dördüncü bölümünün çəkilişləri yekunlaşıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktyor Şahan Gökbakar yeni macəralarla kino sevənlərin qarşısına gələcək.

Sözügedən filmin çəkilişləri 4 həftə davam edib və filmin 20 günlük hissəsi isə məşhur istirahət məkanlarından olan Maldiv adalarında reallaşıb.

Nəzərinizə çatdıraq ki, 90 nəfərlik bir kollektivin çalışdığı çəkilişlər üçün Robinson və Fun adlı iki ada bağlanıb.

Qeyd edək ki, "Receb İvedik 4" filmi fevralın 21-də tamaşaçıların ixtiyarına veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə