Məşhur ulduz ağır xəstəliyə düçar oldu

Məşhur ulduz ağır xəstəliyə düçar oldu

Dünyaca məşhur müğənni Selena Gomez ağır xəstəliyə düçar olub. SİA-nın xarici mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçı "lupus" xəstəliyinə tutulub. Səhhəti yaxşı olmadığı üçün sənətçi Asiya və Avropa turnelərindən imtina etmək məcburiyyətində qalıb. Belə ki, 21 yaşlı məşhur ulduza bir neçə il bundan əvvəl sözügedən xəstəliyin diaqnozu qoyulmuşdu. Həkimlərin sözlərinə görə, ifaçı yaxın vaxtlarda qızdırma, tərləmə, həddindən artıq yorğunluq və digər ağrılardan şikayət etdiyi üçün özünə vaxt ayırıb yaxşı dincəlməlidir.

Qeyd edək ki, Lupus, səbəbi bilinməyən dəri, oynaq, böyrək, ürək pərdəsi, ağciyər pərdəsi kimi bir çox orqan iltihabına bağlı dəyişikliklər və immunitet sisteminin düzgün inkişaf etməməsi nəticəsində yaranan xəstəlikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə