Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Könül Xasıyevanın möhtəşəm konserti baş tutdu
Bu gün Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin (DAMM) təşkilatçılığı ilə Heydər Əliyev Sarayında əməkdar artist Könül Xasıyevanın "Qayıt nə olar" solo konserti keçirilib. SİA-nın verdiyi xəbərə görə, gecədə ilk öncə Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin (DAMM) fəaliyyətini əks etdirən videoçarx, sonra isə Könül Xasıyevanın "Azərbaycan" adlı klipi nümayiş etdirilib.
Daha sonra DAMM Azərbaycanın tanınmış dövlət və ictimai xadimlərini üzərində Heydər Əliyevin əksi olan qızıl "Əbədi Lider" döş nişanı ilə təltif edib.
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti, "Sahibkarlıq və İnkişaf" İctimai Birliyinin sədri Rasim Məmmədov Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova, professor Vasif Məmmədəliyevə, "Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyevə və əməkdar artist Könül Xasıyevaya döş nişanlarını təqdim edib.
Daha sonra səhnəyə çıxan Könül Xasıyeva ilk olaraq "Qayıt nə olar" mahnısını səsləndirib, sonra digər mahnılarını tamaşaçılara təqdim edib.
Qeyd edək ki, maraqlı və şən keçən gecə tədbirə qatılan insanların ürəyincə olub. Konsertin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə (SİA) məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB