Xanəndə Könül Xasıyevanın SİA-ya müsahibəsi:
- Neçə illərdir ki, səhnədəsiniz. Hər zaman muğam janrına üstünlük vermisiniz. Buna səbəb nədir?
- Hər zaman musiqimizin sanbalılığını qoruyub, saxlamağa çalışmışam. Onu da deyim ki, muğamlarımız tək Azərbaycanda deyil, bütün ölkədə tanınır və qorunur. Allahıma şükür edirəm ki, məni xanəndə yaradıb və nə yaxşı ki, səs verib. Hər zaman xalqım üçün yaşamışam və dövlətimizə xidmət etmişəm.
- Estrada ifa edənlərdən kimləri dinləyirsiniz?
- Röyanı çox bəyənirəm. Sənəti də gözəldir. Hətta onun diski maşınımda da var. Elton muğamı bitirsə də estrda janrında da çox gözəl oxuyur. Bir sözlə gözəl səsi olan hər kəsə qulaq asıram.
- Hazırda muğam dinləyənlərin sayı sizi qane edirmi?
- Bir müddət öncə insanlarımız muğam janrını dinləyəndə əsəbləşirdilər. Hətta istəyirdilər ki, muğam səslənməsin. Tar, kamançanı unutmuşdular. Ancaq muğam müsabiqələri keçirildikdən sonra əksinə oldu. Gənc balalarımız muğama müraciət etdiər. Bu da sevindirici haldır.
- Tələbələriniz varmı?
- Bəli, ümidverici tələbələrim var. İnşallah sənət dostlarımın da tələbələri xarici ölkələrdə bayrağımızı ucalara qaldırarlar.
- Həmkarlarınızdan razısınız?
- Razıyam. Gözəl səsli xanəndələrimiz çoxdur. Hər birinə hörmətim var. Onu da deyim ki, elin gözü tərəzidir. Xalqımız ağla qaranı yaxşı seçir. Səsi olmayanlar isə sıradan çıxacaqlar.
- Bir neçə gün öncə erməni yazarı xanəndə Elnarə Abdullayevanın səsinə görə, kitab həsr etmişdi. Buna münasibətiniz necədir?
- Musiqi elə bir anlamdır ki, milliyyəti yoxdur. Hətta bəzən xarici ölkələr elə düşünür ki, bizim boğazımızda hansısa alət var. Ancaq muğamımız ən əsası isə "Qarabağ şikəstəsi" sübut edir ki, Qarabağ bizimdir. Elnarə xanımın səsindəki yanğı bir daha öz sözünü deyir. Bu Azərbaycanın bayramıdır.
- Sizə hansısa erməni tərəfindən belə bir jest olunubmu?
- Xeyir olunmayıb.
- 2013-cü ilin son günlərini yaşayırıq. Xatirinizdə necə qaldı?
- Bu il böyük konsertlər keçirdim. Kimsəsiz uşaqlar və əlillər evində oldum. Hətta bir çox mükafatlara layiq görüldüm. Şəxsi həyatımda da hər şey yaxşıdır. Ən əsası sağlamlığım yerindədir. Bir sözlə bu il mənim üçün çox düşərli il oldu.
- At ilindən nələr gözləyirsiniz?
- Hər kəsə can sağlığı, xoşbəxtçilik, dinc həyat arzu edirəm. Sənət aləmində olan bacı-qardaşlarıma naliyyətlər diləyirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB