DJ Erdi Erdoğan Bakıya gəlir

Türkiyənin məşhur DJ-i Erdi Erdoğan Bakıya gəlir. SİA-nın məlumatına görə, bir neçə dəfə paytaxtımızda çıxış edən DJ-lə yanaşı, Dj Emre Sanchez də şəhərimizə təşrif buyuracaq.

Nəzərinizə çatdıraq ki, gecəni teleaparıcı Novruz İsmayıl idarə edəcək.

Qeyd edək ki, bir çox DJ-lərin qatılacağı Yeni il gecəsi 31 dekabrda Bakıda yerləşən klublardan birində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə