Müğənni Bahar Lətifqızını Yeni ildə fərqli görəcəksiniz. İfaçının növbəti fərqliliyi türk sənətçilərindən birinin obrazında olmasındadır. Belə ki, Bahar SİA-ya açıqlamasında bildirib ki, bu obrazı görənlər onu Azərbaycanın Kibariyəsi də adlandırırlar: "Bir çox cəhətlərdə bizim bənzər olduğumuzu deyirdilər. Televiziyalardan birinin Yeni il çəkilişində mən Kibariyənin obrazını canlandırdım və onun mahnılarından birini ifa etdim".
Yeni ili qızı ilə bir yerdə keçirəcəyini deyən sənətçi bayram münasibətilə xalqı təbrik etməyi də unutmayıb: "2013-cü il artıq başa çatmaq üzrədir. Kimlər üçün bu il uğurlu, kimlər üçün isə uğursuz ola bilər. Amma gələcəyə ümid etmək lazımdır. Qarşıdan gələn Yeni il münasibətilə xalqımızı təbrik edirəm. İnşallah 2014-cü il hər bir kəsə düşərli, uğurlu olar. Kimin nə arzusu varsa, 2014-cü ildə yerinə yetsin".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB