Yaşar Yusub yeni mahnısı haqda danışdı

Müğənni Yaşar Yusub yeni mahnısı təqdim etməyə hazırlaşır. Belə ki, ifaçı SİA-ya açıqlama verərək Türkiyədə aranjiman etdiyi bəstəsi haqda danışıb: "Bir həftəyə qədər "Şəhər həmin şəhər, sən o sən deyilsən" adlı mahnını tamaşaçıların ixtiyarına verəcəm. Sözügedən bəstə üzərində bütün kollektiv olaraq çox çalışmışıq. Ümid edirəm ki, bu mahnım da digərləri kimi seviləcək. "Şəhər həmin şəhər, sən o sən deyilsən" adlı bəstəm Türkiyədə aranjiman edilib, sözləri və musiqisi isə yaxın dostum Tural Bayraməliyevə məxsusdur".

Bütün xəbərlər Facebook səhifəmizdə