Namiq Fərhadoğlu jurnalistləri təhqir etdi

Namiq Fərhadoğlu jurnalistləri təhqir etdi

Aşıq Namiq Fərhadoğlunun konserti baş tutub. SİA-nın verdiyi xəbərə görə, konsertdə Manaf Ağayev, Mətanət Əsədova, Şəbnəm Tovuzlu, İlahə İbadova, aşıq Zülfiyə və bir çoxları iştirak edib.

Gecədə xoş olmayan məqamlar da yaşanıb. Belə ki, bir kanala müsahibə verməyi üstün tutan Namiq digər media mənsublarını və konsertini unudub. 7-də baş tutacaq tədbir 2 saatdan çox gecikib.

Digər arzuolunmaz an isə aşığın jurnalistərə ayrı seçkilik etməsi olub. O, saytlarda və qəzetlərdə çalışan müxbirləri saymadığını və önəmsiz olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə