Şoumen Murad Dadaşovun "Möhtəşəm maşın" şosunun növbəti günü olduqca həyəcanlı keçib. SİA-nın verdiyi xəbərə görə, finalçıların müəyyən ediləcəyi gecədə dicey Çinanı oyundan uzaqlaşdırmaq istəyiblər.
Daha sonra səsvermə nəticəsində dicey Çina 67.53 faiz səs toplayaraq finalçı olmağı bacarıb. O, çox həyəcanlı olduğunu deyib: "Maşın" şou ikinci həyatdır. Burda sifətlər görmüşəm. Getməyi düşünürdüm. Anamın 14 günlük əziyyətini, tamaşaçıların 2 saatlıq zəhmətini yerə vura bilmərəm".
O, oyundan jurnalist Vüqar Vüqarlını çıxarıb. İki gündür səsverməyə çıxaraq qalib gələn V.Vüqarlı isə Çinanın bu addımını başa düşmədiyini deyib.
Qeyd edək ki, hazırda aparıcı Aydan Axundova, dicey Çina və klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu maşın uğrunda mübarizə aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB