Fərhad Göçər sevənlərə xoş xəbər

Fərhad Göçər sevənlərə xoş xəbər

Türkiyəli müğənni Fərhad Göçər Gəncəyə gələcək. SİA-nın verdiyi xəbərə görə, o, dekabr ayının 29-da Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunacaq tədbirdə səhnəyə çıxacaq. Gecəni idarə etmək Afaq Gəncəliyə həvalə olunacaq.

Qeyd edək ki, bu, türkiyəli ifaçının Gəncəyə ikinci səfəridir.

Bütün xəbərlər Facebook səhifəmizdə