Şoumen Murad Dadaşovun "Möhtəşəm maşın" şousunda yadda qalan hadisə yaşanıb. SİA-nın verdiyi xəbərə görə, iştirakçılardan ikisi Aydanın, ikisi isə Vüqar Vüqarlının şəklini atsa da, oyunun şərtlərinə əsasən, gündəlik gələn səslərə görə, Aydan Axundova öndə olub. O, 100 faiz səs toplayaraq dueldən qalib çıxıb. Daha sonra isə Vüqar Vüqarlı hər kəsdən səs istəyib.
Səsvermə nəticəsində "Möhtəşəm maşın" şousunda bir ilkə imza atılıb və V. Vüqarlı 87.71 faiz səs toplayaraq yarışmanı davam etdirmək şansı qazanıb. O, müğənni Samir Piriyevi oyundan uzaqlaşdırmaq istədiyini deyib: "Samir verilişin əvvəlində söylədi ki, səsvermə bitəndən sonra sənin üçün səs istəyəcəm. İndi mən ona deyirəm: "Gəl, mənim üçün səs istə!" .
Qeyd edək ki, hazırda jurnalist Vüqar Vüqarlı, aparıcı Aydan Axundova, dicey Çina və klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu maşın uğrunda mübarizəni davam etdirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB