Şoumen Atalay Demirci uşaqlara dəstək oldu

Şoumen Atalay Demirci uşaqlara dəstək oldu

"Yetenek sizsiniz Türkiyə" proqramının birincisi məşhur şoumen Atalay Demirci Azərbaycanda möhtəşəm "Stand Up show"su ilə çıxış edib. SİA-nın verdiyi xəbərə görə, xeyriyyə məqsədi ilə çıxış etmək üçün Bakıya gələn, Atalayın şou proqramı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilib. Xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyasına dəstək məqsədilə keçirilən tədbir T.C Bakı səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri, TİKA-(Türkiyə Əməkdaşlıq və Koordinasiya Agetliyi), Birgə Sağlam İctimai Birliyi, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu, Memorial Center və TÜSİAB-ın təşkilatı dəstəyi ilə həyata keçib.

Tədbirdə T.C Bakı səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri Seyit Ahmet Arslan, millət vəkilli Qənirə Paşayeva və digər şəxslər iştirak edib.

Gecədə müşavir Seyit Ahmet Arslana belə bir xeyiriyyə işinə dəstək olduğu üçün təşəkkür mükafatı təqdim olunub.

Qeyd edək ki, Atalay Demircinin "Stand-Up show" dan əldə edilən gəlir xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyasında istifadə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə