Anar “Möhtəşəm maşın” şousundan uzaqlaşdırıldı

Anar “Möhtəşəm maşın” şousundan uzaqlaşdırıldı

Şoumen Murad Dadaşovun "Möhtəşəm maşın" şousunun növbəti yarış günü gözlənilməz anlarla yadda qalıb. SİA-nın verdiyi xəbərə görə, "Parni iz Baku" KVN teatrının aktyorları Cabir və Tahir İmanov qardaşları da gecəyə qonaq qismində qatılıblar. Onlar məğlub olan şəxsə hədiyyə olaraq konsertlərinə bilet təqdim edəcəklərini deyiblər.

İştirakçılar jurnalist Vüqar Vüqarlını oyundan uzaqlaşdırmağa çalışıblar. Vüqarda verilişin əvvəlində aparıcı Aydan Axundovanı çıxaracağını deyib. Lakin iştirakçılar dicey Çina və stilist Anar Ağakişiyev razı olmayıblar. Daha sonra səsvermə nəticəsində V.Vüqarlı 76.69 faiz səs toplayaraq oyunu davam etdirmək şansı qazanıb. O, verilişin əvvəlində söylədiyi kimi Aydanı deyil, stilist Anar Ağakişiyevi yarışmadan uzaqlaşdırıb.

Qeyd edək ki, hazırda müğənni Samir Piriyev, jurnalist Vüqar Vüqarlı, aparıcı Aydan Axundova, dicey Çina və klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu maşın uğrunda mübarizəni davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə