Azərbaycanın qrup üzvü muzdlu qatil oldu?

Azərbaycanın qrup üzvü muzdlu qatil oldu?

Daha bir qrup şou-biznes meydanına atılıb. "X-Trio" adlı qrupun üzvləri Vüsal, Rəşad, İlkin "Gözlər" adlı kliplərini tqdim ediblər. SİA-nın məlumatına görə, təqdimat mərasimində sevilən müğənni Elxan Şirinov, Rüstəm Zeynallı, "Şeron" qrupu, İntizar, Nurlan Əzizbəyli, Ayaz Qasımov, prodüser Sayqa, Ataş, Sultan və digər sənətçilərin iştirak ediblər.

Fərqli yozumda ərsəyə gələn klipin rejissoru İlham Qasımdır. Onu da deyək ki, sözügedən klip rejissordan qrupa hədiyyədir. Azərbaycan şou-biznesində özlərinə rəqib qrup görmədiklərini deyən İlkin sənətləri ilə gündəmdə qalacaqlarını bildirib: "Qalmaqal, dedi-qodu bizlik deyil, çünki sənətimiz var. Şou-biznesdə də özümüzə rəqib görmürük. Hər kəsin öz yolu var".

Nəzərinizə çatdıraq ki, təqdimatda qrup üzvləri gələcək planlarından da danışaraq bildiriblər ki, qarşıda bir neçə klip də çəkdirəcəklər. Bu kliplərdən biri Türkiyədə lentə alınacaq.

Qeyd edək ki, qrup üzvü İlkin Azərbaycanda ərsəyə gələn bir neçə seriala da çəkilib. Qarşıda daha bir seriala dəvət aldığını deyən ifaçı bu dəfə killer kimi görünəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə