Günay Musayeva: "Günel ona 8 ilini verib"

Türkiyəli aktyor Tolqa Karelin azərbaycanlı həyat yoldaşı model Günay Musayeva, qonaq olduğu "Söyləməzsənsə Olmaz" adlı verilişdə rüşvət əməliyyatında həbs olunan Rza Zərrab haqqında şok ifadələr söyləyib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, model Rza Zərrabın köhnə sevgilisi Azəri qızı Günel ilə yaxın rəfiqə olduğunu bildirib: "Rza Bakılı deyil. Onsuzda konsulluq bu haqda məlumat da verib. Rza Günelə qarşı böyük haqsızlıq edib. Rza Ebru Gündeş, İbrahim Tatlıses kimi məşhur adlarla Günel sayəsində tanış olub. Günel ona heç nə etməyib. Sadəcə 8 ilini verib. Ebru Gündəşə villalar alana qədər, kaş ki Günel üçün bir gül alardı".

Rza Zərrabın Azərbaycanda yaxın dostlarını da aldatdığını deyən Günay Musayeva Rzanın hazırda layiqli yerində olduğunu açıqlayıb: "Dolandırılan yoldaşlarımın da uşağı var idi. Rza onlara da zərər verib, aldatdı. Bunları Azərbaycanda da bilənlər var. Məncə, Rza Zərrab hazırda layiq olduğu yerdədir".

Bütün xəbərlər Facebook səhifəmizdə