Verilən məlumata görə, reper Hüseyin Dərya həbs olunub. Buna səbəb reperin narkotik maddədən və spirtli içkidən istifadə etməsi olub.
Məsələni aydınlaşdırmaq üçün Hüseyn Dəryanın özü ilə əlaqə saxladıq. Dəfələrlə zəng etdikdən sonra SİA-ya açıqlama verərək xəbərin yalan olduğunu söylədi: "Əlbəttə, həbs olunmamışam. Ağ yalandır. Hazırda evimdəyəm. Nəzərinizə çatdırım ki, artıq neçə ildir narkotik maddədən istifadə etmirəm. Sadəcə olaraq dünən zəhərlənmişdim. Ağzımdan köpük gəlirdi. Məni xəstəxanaya apararaq mədəmi yudular. Bir gün xəstəxanada qaldım və mənə sistem qoşdular".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB