Kemal Cenk İçtenin toy mərasimin tarixi bəlli oldu

Kemal Cenk İçtenin toy mərasimin tarixi bəlli oldu

Türkiyəli tele-prodüser Kemal Cenk İçten azərbaycanlı aktrisa-model Minarə Allahverdiyeva ilə evlənəcək. Bu haqda SİA-ya Cenk bəyin özü məlumat verib: "3 aydır ki, aramızda ciddi münasibət var. Hətta tezliklə ailə qurmağı düşünürük. Toyumuzu fevral ayının 1-də həyata keçirməyi planlaşdırırıq. Bakıda gerçəkləşəcək toy mərasiminə özəl qonaqlar dəvət olunacaq. Hətta xoş günümdə media mənsubları da iştirak edəcəklər".

Qeyd edək ki, K.C. İçtenin gələcək həyat yoldaşı M.Allahverdiyeva hazırda Xəzər TV-də yayımlanan "Sənə inanıram" teleserialında Nərminə obrazını canlandıır.

Bütün xəbərlər Facebook səhifəmizdə