Meyxanaçı “Möhtəşəm maşın” şoudan çıxdı

Meyxanaçı “Möhtəşəm maşın” şoudan çıxdı

Şoumen Murad Dadaşovun təqdimatında yayımlana "Möhtəşəm maşın" şou yenidən ekranlara gəlib. SİA-nın verdiyi xəbərə görə, "Ti kto takoy, davay dosvidaniya" meyxanası ilə məşhurlaşan İntiqam Rüstəmov yarışmada kifayət qədər səs yığa bilməyərək 70,60 faizlə şoudan uzaqlaşıb.

Gecəyə tamaşaçı qismində qatılanlar arasında yarışmadan kənarlaşdırılan müğənni Roza Zərgərli və aparıcı Günel Hümbətova da olub.

Roza Zərgərli onu yarışmadan uzaqlaşdıran repçi Qaraqanı ittiham edib: "Qaraqan mənimlə mehriban idi. Hətta demişdi ki, Günel səndən qorxur. Çünki güclü rəqibsən və ona görə də səninlə eyni qruplaşmada olmaq istəyir. O, and içmişdi ki, məni müsabiqədən çıxarmayacaq".

Qeyd edək ki, hazırda müğənni Samir Piriyev, jurnalist Vüqar Vüqarlı, aparıcı Aydan Axundova, stilist Anar Ağakişiyev, dicey Çina və klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu maşın uğrunda mübarizəni davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə