Aşıq Namiq Fərhadoğlu növbəti konsertini verəcək. O, bu haqda SİA-ya danışaraq dördüncü konsertini verəcəyini söyləyib: " Konsertimi Günel Quliyeva, Naibə Allahverdiyeva, Nazilə Səfərli idarə edəcək. Gecəyə xalq artisti Bilal Əliyev, əməkdar artist Baloğlan Əşrəfov, müğənnilərdən Nadir Qafarzadə, Mirkamil, aşıq Zülfiyyə, meyxanaçı Namiq Məna və bir çoxları dəvətlidir. Konsertin özəl qonağı isə rəqqasə Aytəndir".
Nəzərinizə çatdıraq ki, Aşıq Namiq Fərhadoğlunun konserti dekabr ayının 27-də, "Romance palace"-da, saat 19:00-da olacaq.
Qeyd edək ki, konsertin biletlərini restoranın özündən əldə edə bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB