Şoumen Murad Dadaşovun "Möhtəşəm maşın" şousunun səkkizinci yarış günü baş tutub. SİA-nın verdiyi xəbərə görə, veriliş ərzində iştirakçıların əksəriyyəti Samir Piriyevin əleyhinə səs verərək onu oyundan uzaqlaşdırmağa çalışıblar. Səsvermənin sonunadək S. Piriyev oyundan kimi çıxarmaq istədiyini gizli saxlayıb.
Daha sonra tamaşaçıların səsverməsi nəticəsində müğənni Samir Piriyev 54.08 faiz səs toplayaraq oyunda qalmaq şansı qazanıb. O, ifaçı Niyam Səlamini yarışmadan uzaqlaşdırıb. Niyam isə Samirin bu hərəkətinə haqq qazandırıb: "Mən bu verilişə gələndə söylədim ki, 4-5 il duz-çörək kəsdiyim adamlara toxunmayacağam. Bunlar stilst Anar Ağakişiyev, Samir və Hüseyn idi. Onlardan xahiş etdim ki, səsverməyə çıxsalar, məni oyundan uzaqlaşdırsınlar".
Qeyd edək ki, hazırda müğənni Samir Piriyev, jurnalist Vüqar Vüqarlı, aparıcı Aydan Axundova, stilist Anar Ağakişiyev, meyxanaçı İntiqam Rüstəmov, dj Çina və klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu maşın uğrunda mübarizəni davam etdirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB