Türkiyənin tanınmış müğənnisi, Azərbaycanda da yetərincə sevilən vətənpərvər müğənni Əhməd Şəfək Bakıda konsert proqramı ilə çıxış edib. SİA-nın verdiyi xəbərə görə, konserti giriş sözü ilə ilk olaraq "Azəri-Türk Qadınları İctimai Birliyi"nin sədri Tənzilə Rüstəmxanlı açıb. Daha sonra yüksək coşqu ilə gecənin səbəbkarı səhnəyə çıxıb. O, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş tutan konsertində ilk olaraq "Vətən gözlüm" bəstəsini ifa edib. Sənətçi konsertində 26 mahnı oxuyub.
Gecədə maraqlı anlar da yaşanıb. Əhməd Şəfək səhnədən enərək konsertinə təşrif buyuran qonaqların yanında nəğmələrini səsləndirib.
Tədbirdə digər yadda qalan an isə konsert zalında əyləşən tamaşaçıların əlində Azərbaycan və Türkiyə bayraqlarının dalğalandırılması olub.
Qeyd edək ki, hər kəs sənətçini gurultulu alqışlarla yola salıb.
Bütün xəbərlər Facebook səhifəmizdə