Sərdar Ortaç avtomobillərini satdı

Sərdar Ortaç avtomobillərini satdı

Türkiyəli müğənni Sərdar Ortaç avtomobillərini satıb. SİA-nın verdiyi xəbərə görə, ümumi dəyəri bir milyondan çox olan dörd avtomobilini satan Sərdar hazırda icarəyə maşın sürür. Nişanlısı Çloe ilə alış-verişə gedən müğənni çıxışda son model avtomobilə əyləşib. Sərdar jurnalistlərə qiyməti 350 min lirə (təxminən 160 min azn) olan maşının icarədə olduğunu bildirib: "Avtomobillərimin hamısını satdım. Gərəksiz yerə o qədər pul xərcləmişəm. Bundan sonra icarə maşın sürəcəyəm".

Qeyd edək ki, sənətçinin 450 min lirəlik "Range Rover Vogue", 180 min lirəlik "Mercedes SL", 280 min lirəlik "Mercedes CLS" və 100 min lirəlik VİP avtobusu var idi.

Bütün xəbərlər Facebook səhifəmizdə