“Number1” kim olacaq?

Yanvar ayının 13-də "Niel" restoranında "Number1" adlı qala gecəsi və köhnə yeni il qeyd olunacaq. SİA-nın verdiyi xəbərə görə, həmin gün xalq artistləri Aygün Kazomova, Faiq Ağayev, müğənnilərdən Nadir Qafarzadə, Elnur Məmmədov, Elçin Hüseynov, Rüfət Axundov, Xatirə İslam, Günay İbrahimli, meyxanaçı Namiq Qaraçuxurlu, rəqqasə Oksana Rəsulova və başqaları olacaq.

Qeyd edək ki, sözügedən gecənin aparıcısı Tural Ozan olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə