Hadisə klipində nələri təbliğ etdi?

Hadisə klipində nələri təbliğ etdi?

Türkiyəli müğənni Hadisə "Mələk" mahnısına çəkilən klip ölkədə səs-küyə səbəb olub. SİA-nın verdiyi xəbərə görə bu klipdə açıq-saçıq səhnələr yer alıb. Türkiyənin Radio və Televiziya Şurası tərəfindən cərimələnən bu klipdə evli cütlüyün bir-birinə xəyanət etməsi və öpüşmə, sevişmə səhnələrinin açıq-saçıq təsvir olunub. Məhz bu səbəbdən Şura qərara gəlib ki, erotik səhnələrin yer aldığı ekran işində xəyanət adi hal kimi təsvir olunub və cinsi əlaqə təbliğ olunub. Bu cür halın yolverilməz olduğunu deyən rəhbər şəxslər klipi yayımlayan Mərcək TV -ni də "Uşaq və yeniyetmələrin fiziki, əqli və əxlaqi inkişafına zərər vurma" bəndi ilə cərimə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə