Türkiyənin məşhur müğənnisi Ebru Gündeş, şəxsi problemləri səbəbindən münsifi olduğu verlişdə fəaliyyətini dayandıra bilər. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, həyat yoldaşı rüşvət əməliyyatında təqsirləndirilərək həbs olunduğu üçün çətin günlər yaşayan Ebru Gündeş, "O Ses Türkiye" proqramı ilə vidalaşa bilər. Ebrunun verilişdən ayrılıb-ayrılmayacağı xəbərini, aparıcısı Acun Ilıcalı açıqlayıb: "Hazırda Ebru çox pis vəziyyətdədir. Çəkilişlərə isə iki gün qalıb. Qərarı Ebrunun özü verəcək. İstəsə "O ses Türkiyə"də münsif kimi fəaliyyətini davam etdirəcək, istəməsə də qatılmayacaq".
Nəzərinizə çatdıraq ki, müğənni "O səs Türkiyə" yarışmasının çərşənbə axşamı yayımlanacaq canlı yayımına qatılmağa razı olsa da, yeni illə bağlı çəkiləcək xüsusi bölümündə iştirak etməyəcəyi deyilir.
Qeyd edək ki, Ebru Gündeş Rza Zərrabı görə bilmək üçün günlərlə xəstəxana qapısında gözləyib. Polis idarəsində nəzarətdə saxlanılan və 12 saatdan bir sağlıq nəzarətindən keçmək üçün xəstəxanaya götürülən Zərrabı bir dəqiqə də olsa görə bilmək üçün ifaçı xəstəxanadan ayrılmayıb. Dünən prokuror qarşısına çıxarılacağını biləndə isə Ədliyyəyə gedib.
Rza Zərrabın isə nəzarətdə saxlandığı zaman bir neçə dəfə səhhətinin pisləşdiyi iddia edilir. Şəkər xəstəliyi ilə bağlı xüsusi qida proqramı olan 29 yaşlı iş adamının səhhəti əməliyyatın başlandığı günün axşamı pisləşib. Polis icazə vermədiyi üçün dərmanlarını qəbul edə bilməyən və düzgün qidalanmayan Zərrabın səhhəti pisləşdikdən sonra özəl həkimi xəstəxanaya gəlməli olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB