Nail Naiboğlu Nadirə nə təklif etdi?

Nail Naiboğlu Nadirə nə təklif etdi?

Müğənni Nadir Qafarzadə özünü aktyor kimi sınayacaq. Bu haqda SİA-ya rejissor Nail Naiboğlu məlumat verib: " "Yataq otağının pəncərəsi" adlı ekran işi üçün baş rolda qəhrəmanlardan biri Nadirdir. Digəri isə qardaş ölkənin aktyorudur. Hələ ki, adını açıqlamayacam. Onu da deyim ki, iki ildir, bu ssenari üzərində işləyirəm. Nəhayət, çəkilişlərə başlamaq qərarına gəldim. Film melodramadır. Çox maraqlı ekran işi olacaq".

Qeyd edək ki, N.Naiboğlu filmdə çəkilmək üçün qız axtarışına çıxıb. O, istədiyi kimi baş rol qəhrəmanı tapmaq üçün kastinq keçirəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə