Bu gün tanınmış şoumen Murad Dadaşovun doğum günüdür. SİA-nın məlumatına görə, aparıcı 35 yaşını qeyd edir.
Nəzərinizə çatdıraq ki, Murad Dadaşov 1978-ci ildə Bakıda anadan olub.16 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin "Sosial elmlər və psixologiya" fakültəsinin məzunudur. İxtisasca psixoloqdur. "Bakılı oğlanlar" komandasının üzvü olub. "Yeriniz məlum", "Mərc-şou", "Bir cənub şəhərində", "Maşın" şoularının aparıcısı və ideya müəllifi kimi çıxış edib. Bir neçə filmə çəkilib. Çoxsaylı mükafatların laureatıdır. Ailəlidir, 3 övladı var.
Qeyd edək ki, Murad Dadaşov hazırda Azərbaycanın ən böyük layihələrindən biri olan "Maşın" realti-şousunun aparıcısıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB