Şoumen Murad Dadaşovun təqdimatında yayımlana "Möhtəşəm maşın" şousunda maraqlı anlar yaşanıb. SİA-nın verdiyi xəbərə görə, veriliş ərzində iştirakçıların əksəriyyəti Mirsalam Mirsalamovun şəklini ataraq onu oyundan uzaqlaşdırmaq istəyiblər.
Verilişin əvvəlində ikinci dəfə səsverməyə çıxan aparıcı Mirsalam dicey Çinanı çıxardacağını desə də, sonda nəticə gözlənilməz olub. Tamaşaçıların səsverməsi nəticəsində o, 50.75 faiz səs toplayıb, oyunda qalmaq şansı qazansa da yarışmanı özü tərk edib. O, bu şərtlər altında mübarizə apara bilmədiyini söyləyib. Murad Dadaşov və verilişə gələn qonaqlar təkidlə onun oyunda qalmasını istəsələr də, aparıcı fikrindən dönməyib və yarışmanı tərk edib.
Xatırladaq ki, hazırda müğənni Samir Piriyev, Roza Zərgərli, Niyam Salami, jurnalist Vüqar Vüqarlı, repçi Elxan Zeynallı (Qaraqan), Günel Hümbətova, Aydan Axundova, stilist Anar Ağakişiyev, meyxanaçı İntiqam Rüstəmov və dicey Çina maşın uğrunda mübarizəni davam etdirir.
Qeyd edək ki, veriliş hər gün saat 23:00-da ATV telekanalında yayımlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB