Müğənni Miri Yusifin "Ağ qarğa" adlı solo konserti baş tutub. SİA-nın verdiyi xəbərə görə, Heydər Əliyev Sarayında reallaşan tədbirdə ifaçı ən sevilən mahnılarını səsləndirib. Səhnəyə çıxan zaman həyəcanlı görünən ifaçı bəstələrin sözlərini unudub. O, konsert zamanı tamaşaçıları ilə ünsiyyət qurmağı da unutmayıb. Miri Yusif daha sonra "Dəyirman" qrupu və əməkdar artist Sevda Ələkbərzadə ilə duet oxuyub. Ən maraqlı məqam isə sənətçinin muğam ifa etməsi olub.
Qeyd edək ki, müğənni bu gün də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.
.jpg)
.jpg)
.jpg)

.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB