Nadir Qafarzadənin şou-biznesdə qadın dostu kimdir?

Nadir Qafarzadənin şou-biznesdə qadın dostu kimdir?

Müğənni Nadir Qafarzadə şou-biznesdə dostluq etdiyi rəqqasənin adını açıqlayıb. O, SİA-ya açıqlaması zamanı rəqqasə Fatiməni çox istədiyini dilə gətirib: "Uzun illərdir ki, Fatimə ilə dostluq edirəm. Onu da deyim ki, bir neçə il bundan öncə şou-biznesdə çoxları var idi. Lakin hazırda Röya, mən, Fatimə və digərləri qalıb. Fatimə ilə çox əziyyətlər çəkdikdən sonra hazırda bu səviyyə çatmışıq. Sözügedən xanım çox zəhmətkeşdir. Mən də buna görə onu çox istəyirəm. Biz, həm də onunla ailəvi dostuq. Hətta dəfələrlə ailəmizlə birgə istirahətə yollanmışıq. Xüsusilə nəzərinizə çatdırım ki, onun anasına böyük hörmətim var. Çünki əsl Azərbaycan xanımıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə