“Möhtəşəm maşın” şouda nə baş verdi? FOTOLAR

Şoumen Murad Dadaşovun "Möhtəşəm maşın" şousunda yenidən maraqlı anlar yaşanıb. SİA-nın verdiyi xəbərə görə, veriliş ərzində 6 iştirakçı dicey Çinanın yarışmadan uzaqlaşdırılmasını istəyib. Dicey Çina isə qalib gələrsə, hansı iştirakçını çıxaracağını oyunun sonunadək gizli saxlayıb. Tamaşaçıların səsverməsi nəticəsində dicey 56.93 faizlə qalib olub və mübarizəni davam etdirmək şansı qazanıb. Hər kəs Çinanın stilist Anar Ağakişiyevi çıxaracağını gözləsə də, onun seçimi aktyor Tərlan Nuryaşar olub.

Nəzərinizə çatdıraq ki, hazırda müğənni Samir Piriyev, Roza Zərgərli, Niyam Salami, jurnalist Vüqar Vüqarlı, repçi Elxan Zeynallı (Qaraqan) , aparıcı Mirsalam Mirsalamov, Günel Hümbətova, Aydan Axundova, stilist Anar Ağakişiyev, meyxanaçı İntiqam Rüstəmov və dicey Çina maşın uğrunda mübarizə aparır.

Qeyd edək ki, şoumen Murad Dadaşovun "Möhtəşəm maşın" şousuna ötən gün Bakıda premyerasını keçirdiyi "Su və atəş" filminə görə Azərbaycana gələn Özcan Dəniz də qatılıb. O, iştirakçılara uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...