Rza Ebruya nələr alıb - Siyahı FOTOLAR

Türkiyənin məşhur müğənnisi Ebru Gündeşin həyat yoldaşı Rza Zərrab həbs olunduqdan sonra onunla bağlı mətbuatda bir çox məlumatlar yer alıb. Bunların arasında ən çox diqqət çəkən isə qısa zaman ərzində həyat yoldaşına aldığı bahalı hədiyyələrdir.

Türkiyədə korrupsiya və rüşvət əməliyyatında saxlanılan iş adamı Rza Zərrabın Ebru Gündeşə aldığı bahalı hədiyyələrin bir hissəsinin siyahısını SİA oxucularına təqdim edirik:

1. Türkiyədə, Kanlıcada 26 milyon lirəlik əkiz villa, yollara tökülən kamaz dolu güllər

2. Sapphiredə, göydələndə 4 milyon lirəlik mənzil

3. 1 milyon 850 min lirəlik bağ evi

4. Dubayda ev

5. Ad günü hədiyyəsi olaraq 520 min lirəlik "BMW 760" avtomobili

6. "EBR" seriyalı 50 min lirəlik avtomobil nömrəsi

7. Ebru Gündeş Kıbrısda verdiyi konsertdən 60 min lirə qazandı, amma həyat yoldaşı ona 80 min lirəyə yaxta kirayələdi

8. Rza Zərrab saxlanılmamışdan bir gün əvvəl aldığı Nazmi Ziyanın "Sənətçinin evi’ adlı rəsm əsərinin qiyməti 1 milyon 50 min lirədir

9. 12-16 milyon dollar dəyərində "Challenger 300" tipli təyyarə

10. İngilis cinsindən "El Ganador" adlı yarış atı

11. 1 milyon lirəlik "Duty Free" yarış atı

Qeyd edək ki, Rza Zərrabın Türkiyə vətəndaşı olduqdan sonra aldığı bütün daşınan və daşınmaz əmlakına həbs qoyulub. Siyahıda qeyd etdiyimiz təyyarə və "El Ganarador" atı artıq müsadirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...