Rusdilli müğənni yeniliklərini təqdim etdi

Rusdilli müğənni yeniliklərini təqdim etdi

Rusdilli müğənni Cahangir Qurbanov iki yeni kliplə pərəstişkarlarını sevindirib. SİA-nın verdiyi xəbərə görə, əsasən Eldar Həsənovun mahnıların ifaçısı kimi tanınan müğənninin son klipləri müəllifin "Сердце на двоих" (Serdst na dvoix-İki nəfərlik ürək), "Гори,гори" (Qori, qori - Yan-yan) mahnılarına çəkilib.

Sujet xətti olan "Serdse na dvoix" klipində peşəkar aktyor komandası çəkilib. Klipi izləyənlər onu 4 dəqiqəlik mini film adlandıra bilərlər və bu kiçik ekran əsərində baş rolda oynayan Cahangir Qurbanov öz rolunun öhdəsindən ustalıqla gəlib. Əlbətdə ki, ifaçı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olduğundan obrazı yaşamaq ona çətinlik yaratmayıb.

"Qori-qori" ekran işində bir tərəf müqabili ilə görüntülənən Cahangir Qurbanov, yüksək səviyyədə ifaçılıq və aktyorluq məharəti nümayiş etdirərək sevən şəxsin hiss və duyğularını tamaşaçıya çatdırır.

Qeyd edək ki, Cahangir Qurbanov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının və Daxili İslər Nazirliyinin orkestrinin solistidir.

Bütün xəbərlər Facebook səhifəmizdə