Almaz Ələsgərova səhnəni tərk edir

Almaz Ələsgərova səhnəni tərk edir

Əməkdar artist Almaz Ələsgərova müğənniliklə yanaşı, aktrisa kimi də çox bəyənildiyini söyləyib. Bu haqda SİA-ya açıqlama verən xanım Ələsgərova hətta ifaçılıq fəaliyyətini dondurmaq fikrində olduğunu da dilə gətirib: "Bildiyiniz kimi serialların birində rol almışam. Hər kəs söyləyir ki, mənə aktrisalıq çox yaraşır. Hətta ifaçılıq fəaliyyətimi dondurub, aktrisa da ola bilərəm (gülür). Onu xüsusilə deyim ki, aktyorluq fakültəsini bitirmişəm. Amma nədənsə, müğənni oldum. Əgər yenidən serillarda oynamaq təklifi gəlsə, razılaşaram".

Bütün xəbərlər Facebook səhifəmizdə