Muğam ifaçısı Bəyimxanım Vəliyevanın "Yollara yağış yağır" adlı konserti baş tutub. SİA-nın verdiyi xəbərə görə, gecədə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, "Kaspi" qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru, şairə Sona Vəliyeva, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov, xalq artistlərindən Ağaxan Abdullayev, Samir Cəfərov, əməkdar artist Firuzə İbadova, meyxana ustası Namiq Qaraçuxurlu, media mənsubları və bir çox tanınmışlar iştirak edib.
Alqış sədaları altında səhnəyə çıxan gecənin səbəbkarı Bəyimxanım hər kəsi salamlayaraq ard-arda mahnılarını səsləndirib. Sənətçini 2 musiqi ansambılı müşayiət edib.
O, daha sonra meyxanaçı Namiq Qaraçuxurlu və müəllimi xalq artisti Samir Cəfərovla birgə duet ifa edib.
Qeyd edək ki, gecə maraqlı anlarla yadda qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB