Bahar Lətifqızı özünü niyə bu vəziyyətə saldı? FOTOLAR

Bahar Lətifqızı özünü niyə bu vəziyyətə saldı? FOTOLAR

Özünəməxsus səsi və ifası ilə seçilən müğənni Bahar Lətifqızı yeni klip çəkdirib. Bu haqda SİA-ya açıqlama verən sənətçi bildirdi ki, bu dəfə sözləri Nüsrət Kəsəmənliyə, musiqisi gənc bəstəkar-müğənni Fidan Süleymanovaya aid olan "Qayıtma"nı ekranlaşdırıb: "Bu mahnını Azərbaycan və fars dillərində ifa etmişəm. Nüsrət Kəsəmənlinin sözlərini fars dilinə də tərcümə etmişik. Bəstə çox xoşuma gəldiyi üçün, düşündüm ki, klip də çəkdirim. Bu ekran işinin bir hissəsini biz İsveçdə lentə aldırmışıq. Həmin hissə qarlı havada çəkilib. Amma sonradan qərar verdim ki, klipin bir hissəsi də Azərbaycanda çəkilsin. Bunun üçün də qış fəslinin gəlməsini gözləyirdim. Bakıda olan çəkilişi isə şəhərimizdəki otellərdən birində gerçəkləşdirdik. Artıq çəkilişlərimiz bitib. Klipin mövzusu mahnının sözlərinə uyğun olaraq lentə alınıb. Belə ki, xanım gedən sevgilisinin qayıtmamasını istəyir".

Sənətçi ekran işindəki geyimindən də söz açıb: "Sənətçi olaraq tamaşaçıların qarşısına yeni imicdə çıxmağı özümə borc bildim. İnşallah, Yeni il ərəfəsində klipi tamaşaçılara təqdim edəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə