Geniş tamaşaçı auditoriyasının böyük marağına səbəb olmuş, hər yeni bölümünün yayımı izləyicilər tərəfindən səbirsizliklə gözlənilən "Toy gecəsi" bədii televiziya serialının 11-ci seriyasında da bir sıra nəfəs kəsən hadisələr baş verir.
Toy gecəsi və ondan sonra ard-arda baş verən faciəvi hadisələrdən sonra ilk dəfə Aygün şirkətə işə çıxır. Yolda sürücüsündən Toğrulu qətlə yetirən keçmiş qaynı Cavidin hansı polis idarəsində saxlandığını öyrəndikdən sonra Cavidi görmək qərarına gəlir. Aygün polis idarəsində Səbinənin Cavidlə görüşdüyündən xəbər tutduqdan sonra onların arasında inanılmaz olaylar yaşanır. Nəhayət ki, Zülfiyyə Zərifəyə bətnində Toğrulun övladını gəzdirdiyini söyləməyə fürsət tapır.
Digər tərəfdən Gülya boşanma tələbinə görə Kərim vasitəsiylə Aslanı hədələyir. Gülyayla Aslan arasındakı konfilikt pik həddə çatır.
Namiq Qaraçuxurlunun canlandırdığı Murad Qəhrəmanov obrazında da gözlənilməz məqamlar yaşanır. O, Səbinəylə görüşmək qərarına gəlir. Bundan xəbər tutan, Muraddan intiqam almaq yanğısıyla alışıb-yanan Zaur onun nişanlısına bu görüş haqqında məlumat verir. Azərbaycanın məşhur modellərindən biri olan Aviya Paşazadənin canlandırdığı Aydan Muradı Səbinəylə görüşərkən yaxalayır.
Bütün bu hadisələrin necə cərəyan etdiyini bilmək istəyirsinizsə, "Toy gecəsi" bədii televiziya serialının bu gün axşam saat 19:00-da, ATV kanalında yayımlanacaq 11-ci bölümünü izləməyi unutmayın.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB