Azərbaycanlı ifaçı “O səs Türkiyə” yarışmasını tərk etdi

Azərbaycanlı ifaçı “O səs Türkiyə” yarışmasını tərk etdi

"O səs Türkiyə" yarışmasının əslən azərbaycanlı iştirakçısı Tuğçe Gendigələn müsabiqəni tərk edib. SİA-nın verdiyi xəbərə görə, o, veriliş zamanı 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsinin qalibi olan "Euphoria" mahnısını səsləndirib.

Tuğçe bəstəyə uyğun hərəkətləri ilə münsif kürsüsündə əyləşən Hadisəni çox təəccübləndirib. İştirakçı komandasında olduğu Ebru Gündeşdən müsbət rəy ala bilməyib. Beləliklə, əslən azərbaycanlı olan Tuğçe dueldə qarşılaşdığı Əlvan Özyurtluya məğlub olaraq yarışmanı tərk edib.

Bütün xəbərlər Facebook səhifəmizdə