Tanınmış müğəninin əri həbs olundu

Tanınmış müğəninin əri həbs olundu

İstanbul Respublika Prokurorluğu rüşvət əməliyyatı ilə bağlı səhər saatlarında işə başlayıb. SİA-nın verdiyi xəbərə görə, rüşvət vermək ittihamı ilə 18 nəfər həbs olunub. Onlar arasında tanınmış müğənni Ebru Gündeşin həyat yoldaşı, azərbaycanlı iş adamı Rza Zerrabın da adı var. Həmçinin Türkiyənin məşhur biznesmen Ali Ağaoğlu da həbs olunan 18 nəfərin sırasındadır.

Qeyd edək ki, prokurorluq rüşvət verdiyindən şübhə edilən iş adamlarını bir ildən artıqdır izləyirmiş.

Bütün xəbərlər Facebook səhifəmizdə