Tolik: "Mirsalam səndən min qat yaxşı kişidir" FOTO

Tolik: "Mirsalam səndən min qat yaxşı kişidir" FOTO

Şoumen Murad Dadaşovun "Möhtəşəm maşın" şousunun ikinci yarış günündə maraqlı anlar yaşanıb. SİA-nın verdiyi xəbərə görə, 17 tanınmış simanın mübarizə apardığı yarışmada iştirakçılardan əksəriyyəti aparıcı Mirsalam Mirsalamovun oyundan uzaqlaşdırılmasını istəyiblər.

Mirsalam iştirakçılardan onun şəklini atmaqlarını xahiş etdiyini söyləyib. O, hərəkətini belə izah edib: "Hər kəsdən şəklimin atılmasını xahiş etdim. Səs toplayıb bir nəfəri çıxaracağam. Hədəfim isə bəllidir".

Daha sonra tamaşaçıların səsverməsi keçirilib. Mirsalam Mirsalamov 51.33 faiz səs toplayıb və oyunun şərtlərinə uyğun olaraq, yarışmada mübarizəni davam etdirmək şansı qazanıb. O, gənc müğənni Orxan Babazadəni oyundan uzaqlaşdırıb. Orxan Babazadə isə çıxartdığı üçün Mirsalamın ünvanına təhqiramiz ifadə işlədib.

Baş verən hadisə şou-biznesdə böyük səs-küy doğurub. Hətta prodüser Tolik də şəxsi səhifəsindən Orxan Babazadəyə sərt reaksiya verib: "Sabah İnşallah Bakıya gələcəm. Murad müəllim icazə versə onun verilişinə qonaq qismində qoşulacam. Orxana isə televiziya vasitəsi ilə bir sual verəcəm ki, o, kimə güvənib belə danışır. Yəqin ki, atasına. Mirsalam səndən 1000 qat yaxşı kişidir və səndən daha çox sevilir. Heç olmasa sənin kimi pul verib səsi olmaya-olmaya oxumur. Mirsalamı tanıyan-tanıyır, bilən-bilir. Orxan sən özünü insan hesab edirsənsə ayağındakı qızıl ayaqqabını satıb, hansısa kasıbın müalicəsinə ver".

Qeyd edək ki, Tolikin bu sözləri deməsinə səbəb yarışmada Orxan Babazadənin Mirsalamın ünvanına söylədiyi "Sən kişi olsan açıq mübarizə aparardın" ifadəsi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə