Şou-biznes nümayəndələri Yeni ili harada qeyd edəcəklər? SORĞU-FOTOLAR

Şou-biznes nümayəndələri Yeni ili harada qeyd edəcəklər? SORĞU-FOTOLAR

"Şou-biznes nümayəndələri Yeni ili harada qarşılayacaqlar?" sualı altında sorğu keçirdik. SİA-ya cavabları belə oldu:

Xalq artisti Aygün Kazımova: "Hazırda Türkiyədə olan xalq artisti dekabr 31-dək vətənə qayıdacaq".

Əməkdar artist Zöhrə Abdullayeva: "Dekabr ayının sonunda Dubaya yollanacağam. Yeni ili orada qarşılayacam".

Meyxanaçı Namiq Qaraçuxurlu: "Yeni ili Çində nişanlımla qeyd edəcəm".

Müğənni İradə İbrahimova: "2014-cü ili ailəmlə və bacım vizajist Nigar İbrahimovanın həyat yoldaşı ilə birgə Türkiyədə qarşılayacağıq. Hətta Nigarla fikrimiz var ki, konki sürək".

Müğənni Ramal Əsədzadə: "Yeni ili ailəmlə birgə Azərbaycanda qeyd edəcəm. Xüsusi ilə nəzərinizə çatdırım ki, bəzi həmkarımdan fərqli olaraq heç bir şou proqrama da qatılmayacam. Çünki 31 Dekabr – hicri təqvimi ilə Peyğəmbərimizin (s.ə.v.) vəfatının ilddönümünə təsadüf edir. Onu da deyim ki, 2014-cü ildən bir çox yaxşı şeylər gözləyirəm".

Elçin Hüseynov: "Bu ildə şou-proqramlarda iştirak etdikdən sonra saat 12:00-da ailəmlə birgə Yeni ili qeyd edəcəm".

Müğənni Lamiyə Novruzova: "Bakıda şou proqramlarda olacam".

Prodüser Təranə Səmədova: "Hər il olduğu kimi ənənəmə sadiq qalıb Azərbaycanda iş başında keçirəcəm".

Teleaparıcı Cavid Gül: "2014-cü ili Azərbaycanda iş başında keçirəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə